Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan 17 ədəd xırda bükümlərdə olmaqla, ümumi xalis çəkisi 141,694 qram təşkil edən heroin aşkar olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn daha bir Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama nəticəsində isə ondan 2 ədəd bağlamada, ümumi xalis çəkisi 200,915 qram təşkil edən heroin aşkar olunaraq götürülüb.
Hər iki faktla bağlı təhqiqat aparılır.
Naibə QURBANOVA