BAKI, 25 mart. TELEQRAF

Ankara və İzmirdə nümayiş, mətbuata açıqlama və aksiyalara qoyulan qadağanın müddəti uzadılıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Ankarada qadağa aprelin 1-dək, İzmirdə isə martın 29-dək uzadılıb.

Qeyd edək ki, Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsi ilə bağlı etiraz aksiyaları keçirilir. Martın 21-dən Ankara və İzmirdə aksiyaların keçirilməsinə 5 günlük qadağa tətbiq olunmuşdu.