İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və digərləri hakim qarşısına çıxarılıb.

Teleqraf xəbər verir ki, onların barəsində məhkəmə bu saatlarda qərar qəbul edəcək.

Xatırladaq ki, martın 19-u İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu, İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli barəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə saxlanılma qərarı çıxarıb. Bundan sonra ölkənin bir sıra yerlərində etiraz aksiyaları başlayıb