
BAKI, 23 mart. TELEQRAF
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya vətəndaşlara çağırış edib.
Teleqraf xəbər verir ki, nazir vətəndaşları qanunsuz aksiyalara qoşulmamağa çağırıb.
O, son günlər doqquz vilayətdə keçirilmiş icazəsiz aksiyalarda 343 nəfərin saxlanıldığını açıqlayıb.
"Türkiyədə sabitliyi pozmağa cəhd göstərən şəxslərin təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Polis fasiləsiz rejimdə öz vəzifələrini yerinə yetirməyə davam edir", - deyə nazir qeyd edib.
İstanbul Baş Respublika Prokurorluğu bundan əvvəl İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu başda olmaqla yüzə yaxın şəxs terrorizm, rüşvətxorluq, dələduzluq, şəxsi məlumatlara qanunsuz giriş, tenderlərin keçirilməsi zamanı qanunsuz əməllər törətməkdə ittiham olunurlar.