BAKI, 22 mart. TELEQRAF

Azərbaycan Ordusunun Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olan əsgəri Rüstəm Həmidov nişanlı imiş, toyu olacaqdı.

Bunu Teleqraf-a açıqlamasında mərhumun babası Yadigar Həmidov bildirib.

R.Həmidovun ailəsi Bərdədə yaşayır. Valideynləri orta təhsillidir, təsərrüfatla məşğuldurlar.

Babasının sözlərinə görə, qar uçqununda həlak olan Rüstəmin bir qardaşı var, o da hərbçidir: "Oğlumun iki oğlan övladı vardı, Rüstəm şəhid oldu, digəri orduda xidmətini davam etdirir. Bizim ailə üçün böyük faciədir. Ne etmək olar? Vətən sağ olsun".

Rüstəm Həmidov 2005-ci il avqustun 15-də anadan olub.

Mərhum bu gün Bərdənin Güloğlular qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, əvvəl R.Həmidovun Bərdə rayon Şəhidlər xiyabanında torpağa tapşırılıacağı elan olunsa da, sonradan bu öz təsdiqini tapmayıb.

***

01:59

Azərbaycan Ordusunun Gədəbəy rayonu ərazisində qar uçqununa düşərək həlak olan əsgəri Rüstəm Həmidov 10 gün sonra hərbi xidmətdən tərxis olunacaqdı.

Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, R.Həmidov əslən Bərdə rayonundandır. O, 2023-cü ilin oktyabrında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

R.Həmidov Gədəbəydə yerləşən hərbi hissələrdən birində xidmət edib. Aprelin 1-də əsgərliyini bitirib ordu sıralarından tərxis olunacaqdı.

Mərhum martın 22-də Bərdə rayon Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, martın 19-da Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Həmidov Rüstəm Ruslan oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər. Martın 21-də nəşləri aşkar edilib.