![](https://teleqraf.az/storage/2024/10/31/715x378/1715757787_nikol-pashinjan.jpg)
Cənubi Qafqazda sülhün bərpa olmasının ABŞ siyasi elitası üçün vacib olacağına ümid edirik.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“ABŞ nöqteyi-nəzərindən Ermənistanı dəstəkləməyin ən təsirli yolu Cənubi Qafqazda sülhün əldə edilməsidir və bunun ABŞ siyasi elitasının prioritetləri sırasına daxil edilməsi çox vacibdir”, - o qeyd edib.