
“1994-cü ildən neftin qiyməti 16 dollar idi”.
Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Dövlət Neft Şirkətinin vitse-perzidenti Xoşbəxt Yusifzadə neftin qiyməti ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, ümumiyyətlə neftin qiyməti dalğavaridir, gah enir, gah qalxır: “Neftin qiymətinin bizim hasilata aidiyyati yoxdur, bu il də planımızı götürmüşük. Hər il hasilatın ümumi həcmi 8,3 milyon hesablanır. Onu da qeyd edim ki, neftin hasilatına xərclənən pul azaldılmayacaq”.
X.Yusifzadə əlavə edib ki, hazırda Azərbaycanın ehtiyat neft-qaz və kondensat maye ehtiyatı kifayət qədərdir: "Azərbaycanın ümumilikdə 8 milyon 300 min ton neft ehtiyatı var. Bunun iki milyonu artıq təsdiqlənmiş neft ehtiyatlarıdır. 6 milyard isə qaz ehtiyatlarının olduğu güman edilir ki, bunun da artıq 2 milyard kubmetri təsdiqlənmiş qaz ehtiyatlarıdır.
İlhamə Əbülfət