Sərhədlərin delimitasiya-demarkasiya prosesi çərçivəsində ilk sərhəd dirəyi Ermənistan-Azərbaycan dövlət sərhədində quraşdırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyanın sosial şəbəkədə yazıb.

“İlk sərhəd dirəyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tavuş-Qazax hissəsində quraşdırılıb”, - Paşinyan bildirib.

Ermənistan baş naziri sərhəd dirəyinin fotosunu da paylaşıb: