Çexiya vətəndaşının Azərbaycan polisi tərəfindən saxlanılmasını təsdiqləyirik.

Teleqraf.com xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariana Vernerova deyib.

"Saxlanılma səbəbi sərhədi qanunsuz keçməsi göstərilir. Bakıdakı səfirliyimiz Çexiya vətəndaşının konsulluq səfəri üçün icazə gözləyir və həmkarlarımız ailəsi ilə əlaqə saxlayır", - o deyib.

Xatırladaq ki, fevralın 3-də Ermənistandan sərhədi qanunsuz keçən Çexiya vətəndaşı Azərbaycanda saxlanılıb. o, Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub.

Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat araşdırmalarını Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həyata keçirir.