Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün rəsmi Feysbuk səhifəsində yazıb.
“32 il əvvəl müstəqillik üçün ayağa qalxan qəhrəman azərbaycanlı qardaşlarımız eyni ruhla işğal altındakı torpaqlarını da azad etdi. 1988-ci ildə Bakıda dalğalanan bayraq bu gün işğaldan azad edilən torpaqlarda dalğalanır.
Milli Dirçəliş Günün mübarək olsun, Can Azərbaycan”, - nazir qeyd edib.
