Çexiya Xarici İşlər Nazirliyi vətəndaşlarını Azərbaycan və Ermənistanın sərhədyanı rayonlarına səfərdən çəkinməyə çağırıb

Çexiya XİN-in mətbuat xidmətinə istinadən verilən məlumata görə, müraciətdə bildirilir ki, qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində silahlı toqquşmalarla əlaqədar həmin ərazilərə getmək məsləhət görülmür. XİN-dən bildirilib ki, Çexiyanın Bakı və İrəvandakı səfirlikləri Dağlıq Qarabağ ərazisində və ətraf ərazilərdə Çexiya vətəndaşlarına konsulluq yardımının göstərilməsini təmin edə bilməz.

/apa/