Türkiyə Böyük Millət Məclisinin (TBMM) ötən gün keçirilən plenasr iclasında ilk dəfə hicablı xanım işə başlayıb

Türkiyədə inzibati yerlərdə hicab qadağasının ləğv olunmasından sonra bəzi qadın millət vəkilləri TBMM-yə hicabla girmişdilər.

Ötən gün isə texniki heyətdən biri TBMM-yə hicabla daxil olub.

Beləcə, millət vəkillərinin çıxışlarını yazaraq protokollaşdıran stenoqraf hicabla işə başlayıb.

/anspress/