Dağlıq Qarabağdakı erməni hərbi birləşmələri 1 hərbi qulluqçu itirib.


Bu barədə məlumatı Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi yayıb. Məlumatda öldürülən şəxsin adının Zorik Jirayroviç Gevorkyan olduğu bildirilib. Onun 1989-cu il təvəllüdlü olduğu qeyd edilib.

Separatçılar əsgərin ölümünə əsas səbəb kimi Azərbaycan Ordusunun diversiya-kəşfiyyat hücumunun səbəb olduğunu vurğulayıblar.

Qeyd edək ki, dünən Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu ermənilərin hücumu nəticəsində həlak olmuşdu.

/axar.az/