Gəncədə velosiped həvəskarlarının rahatlığını təmin etmək məqsədilə şəhər İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Parkının yanında velosiped yolları istifadəyə verilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, burada velosiped kirayələmə məntəqəsi də fəaliyyət göstərir.

Günün istənilən saatında velosiped həvəskarları ümumi uzunluğu 17 km olan yollarda velosiped sürmək imkanına malikdirlər.