BAKI, 24 sentyabr. TELEQRAF

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Komanda sentyabrın 27-də, saat 16:00-da BOS-un ehtiyat meydanında "İmişli" ilə qarşılaşacaq.

Növbəti oyun isə oktyabrın 2-nə nəzərdə tutulub. Bu dəfə rəqib "Neftçi" olacaq. Oyunun məkanı hələlik bəlli deyil.