BAKI, 26 iyun. TELEQRAF

"Araz-Naxçıvan"ın prezidentinin adı açıqlanıb.

Teleqraf klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İdarə Heyətinin iclasında qəbul olunan qərara görə, bu posta Azərbaycan millsinin sabiq futbolçusu Ceyhun Sultanov təyin olunub.

Toplantıda həmçinin, klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Fərid", "Neftçi", "Dinamo" (Bakı), "Bakı", "Xəzər-Lənkəran", "Kəpəz", "Sumqayıt", "Qəbələ", həmçinin İranın "Maşınsazi" klublarında çıxış edən C.Sultanov müxtəlif illərdə idarəçi kimi "Sumqayıt", "Neftçi" və "Keşlə" klublarında fəaliyyət göstərib.