BAKI, 17 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXXII turunda “Neftçi” və “Sabah” komandaları üz-üzə gəlib.
Teleqraf xəbət verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşma “ağ-qaralar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə “bayquşlar”ın qollarını Aleksey İsayev (3-cü dəq.); Flaqmanının heyətində isə Andrey Ştoqrin (9-cu dəq.) və İfeanyi Metyu (70-ci dəq.) fərqləniblər.
Qarşılaşmanın 84-cü dəqiqəsində Coy-Lens Mikels kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb və komandasını azlıqda buraxıb.
Beləliklə, Yuri Vernidubun komandası xallarını 56-ya çatdıraraq 4-cü pillədə mövsümün sonuna bir tur qalmış UEFA Konfrans Liqasına vəsiqəni təmin edib.
Qeyd edək ki, görüşdən sonra Premyer Liqada çempion olan Masazır təmsilçisinin mükafatlandırma mərasimi keçiriləcək.