BAKI, 4 may. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXX turunda “Qarabağ” və “Turan Tovuz” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə qolları Leandro Andrade (50), Mateuş Silva (54); Ayxan Hüseynov (77) vurub.
Beləliklə, xallarını 63-ə çatdıran Qurban Qurbanovun komandası turnir cədvəlinin 2-ci, 56 xalı olan Kurban Berdıyevin kollektivi isə 3-cü pillədə yer alıb.
Qeyd edək ki, tura sabah baş tutacaq “Karvan-Yevlax” – “Neftçi” oyunu ilə yekun vurulacaq.