2029-cu ildə U-20 yığma komandaları arasında futbol üzrə dünya çempionatı Ermənistan və Gürcüstanın birgə təşkilatçılığı ilə keçiriləcək.
Teleqraf verir ki, bununla bağlı FİFA-nın İcraiyyə Komitəsinin Kanadanın Vankuver şəhərində keçirilmiş iclasında qərar qəbul edilib.
İki respublikanın birgə namizədlik təklifi yekdilliklə təsdiqlənib.
Qeyd edək ki, 2027-ci ildə U-20 yığmalarının dünya çempionatına Azərbaycan və Özbəkistan birlikdə ev sahibliyi edəcək.