QƏBƏLƏ, 25 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIX turunda “Qəbələ” və “Araz-Naxçıvan” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə qolları Ömər Buludov (76-cı dəq., ö.q) və İssuf Paro (83-cü dəq.) vurublar.
Bu nəticədən sonra Andrey Demçenkonun komandası 40 xalla turnir cədvəlinin 6-cı, Kaxaber Tsxadadzenin komandası isə 20 xalla 11-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ilk qarşılaşmasında “Sumqayıt” səfərdə “İmişli”ni 2:0 hesabı ilə məğlub edib. Tura aprelin 27-də yekun vurulacaq.