BAKI, 18 aprel. TELEQRAF

Qadın futbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun komandası Andorra yığması ilə qarşılaşıb.

“Bank Respublika Arena”da baş tutan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində Yeliz Açar (12), Esra Manya isə (65) fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığmasına qarşı keçirəcək.