BAKI, 17 aprel. TELEQRAF
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Teleqraf xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.
"Frayburq", "Aston Villa", "Nottingem Forest" və "Braqa" yarımfinala vəsiqə qazanıb.
Yarımfinal mərhələsində "Aston Villa" "Nottingem Forest"lə, "Frayburq" isə "Braqa" ilə üz-üzə gələcək.
UEFA Avropa Liqası
1/4 final, cavab oyunları
16 aprel
"Selta" (İspaniya) – "Frayburq" (Almaniya) - 1:3
(İlk oyun - 0:3)
"Aston Villa" (İngiltərə) – "Bolonya" (İtaliya) - 4:0
(İlk oyun - 3:1)
"Nottingem Forest" (İngiltərə) – "Porto" (Portuqaliya) - 1:0
(İlk oyun - 1:1)
"Betis" (İspaniya) – "Braqa" (Portuqaliya) - 2:4
(İlk oyun - 1:1)