BAKI, 14 aprel. TELEQRAF
Bu gün UEFA Çempionlar Liqasında 1/2 final mərhələsinin ilk iştirakçıları bəlli olacaq.
Teleqraf xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində gecə iki qarşılaşma keçiriləcək.
İspaniya təmsilçiləri “Atletiko Madrid” və “Barselona” üz-üzə gələcək.
İngiltərənin “Liverpul” klubu isə Fransa təmsilçisi PSJ-ni qəbul edəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
14 aprel
23:00, “Atletiko Madrid” (İspaniya) - “Barselona” (İspaniya)
(ilk oyun 2:0).
23:00. “Liverpul” (İngiltərə) - PSJ (Fransa)
(ilk oyun 0:2).
Qeyd edək ki, digər qarşılaşmalar aprelin 15-də baş tutacaq.