BAKI, 8 aprel. TELEQRAF
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun Azərbaycan Premyer Liqasının XXV turunda keçirilmiş oyunlardakı mübahisəli epizodları şərh edib.
Teleqraf xəbər verir ki, o, “Zirə” - “Şamaxı” oyununda FIFA referisi Elçin Məsiyevin qərarını yanlış hesab edib.
Belə ki, görüşün 6-cı dəqiqəsində “Zirə”nin futbolçusu rəqib oyunçunun ayağına zərbə endirsə də, hakim qayda pozuntusunu qeydə almayıb.
Ətraflı video: