BAKI, 6 aprel. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXVI turunda “Qarabağ” və “Karvan-Yevlax” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 7:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Kamranbəy Rəhimovun idarə etdiyi görüşdə qolları Leandro Andrade (23, 64), Kamillo Duran (31, 45, 48), Dani Bolt (40) və Abdullah Zubir (43) vurublar.
Bu nəticədən sonra Qurban Qurbanovun komandası xallarını 55-ə çatdıraraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Fizuli Məmmədovun kollektivi isə 8 xalla sonuncu pillədə qalıb.
Qeyd edək ki, tura aprelin 7-də yekun vurulacaq.