BAKI, 5 aprel. TELEQRAF

Azərbaycan Premyer Liqasının XXVI turunda “Neftçi” və “Sumqayıt” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan qarşılaşma “ağ-qaralar”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Kamal Umudlunun idarə etdiyi görüşdə meydan sahiblərinin qolunu Nikola Ninkoviç (53-cü dəq.), qonaqların qollarını isə Fredi Varqas (35-ci dəq., pen.), İfeanyi Metyu (65-ci dəq.) və Vensan Abubakar (89-cu dəq.) vurublar.

Bu nəticədən sonra Yuri Vernidubun kollektivi xallarını 40-a çatdıraraq turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib. Saşa İliçin komandası isə 32 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında “Qəbələ” səfərdə “Kəpəz”i 2:1 hesabı ilə məğlub edib. Tura aprelin 7-də yekun vurulacaq.