BAKI, 28 mart. TELEQRAF
“Zirə”nin futbolçusu Leroy Mikels Ruanda yığmasında debüt edib.
Teleqraf xəbər verir ki, forvard “FIFA Series 2026” yoldaşlıq turniri çərçivəsində Qrenadaya qarşı keçirilən matçda meydana çıxıb.
Oyuna start heyətdə başlayan Mikels 45+2-ci dəqiqədə qol vurub.
Görüş Ruandanın qələbəsiylə başa çatıb – 4:0.