BAKI, 27 mart. TELEQRAF

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.

Teleqraf xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Bakıda Portuqaliya yığması ilə qarşılaşıb.

“Neftçi Arena”da baş tutan qarşılaşma millimizin ağır məğlubiyyəti ilə yekunlaşıb.

B qrupuna hazırda 16 xala malik Portuqaliya yığması liderlik edir. Azərbaycanın U-21 millisi 5 xalla 6 komanda arasında 5-cidir.

AÇ-nin seçmə mərhələsi
B qrupu
27 mart

Azərbaycan – Portuqaliya 0:4
Qollar: Moreyra, 51. Parente, 53. Şermiti, 66. Simoeş, 75.
Hakimlər: Xristos Vergetis, Andreas Fotopulos, Konstantinos Staikos, Aleksandros Katsikoyannis (Yunanıstan).
8-ci km stadionu. 15:00.