BAKI, 27 mart. TELEQRAF
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində bu gün növbəti matçına çıxıb.
Teleqraf xəbər verir ki, B liqasının 2-ci qrupunda yer alan millimiz Bolqarıstanın Plovdiv şəhərində Litva yığması ilə qarşılaşıb.
Qarşılaşma qolsuz başa çatıb – 0:0.