BAKI, 27 mart. TELEQRAF
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, Rəşad Eyyubovun rəhbərlik etdiyi komanda Bakıda Portuqaliya yığması ilə qarşılaşacaq.
“Neftçi Arena”da baş tutacaq qarşılaşmaya saat 15:00-da start veriləcək.
B qrupuna hazırda 13 xala malik Portuqaliya yığması liderlik edir. Azərbaycanın U-21 millisi 5 xalla 6 komanda arasında 5-cidir. Keçirdiyi 6 oyunun hamısında uduzmuş Cəbəllüttariq yığması 0 xalla sonuncudur. Çexiya və Şotlandiya yığmalarının 10, Bolqarıstan milli komandasının 7 xalı var.
AÇ-nin seçmə mərhələsi
B qrupu
27 mart
Azərbaycan – Portuqaliya
Hakimlər: Xristos Vergetis, Andreas Fotopulos, Konstantinos Staikos, Aleksandros Katsikoyannis (Yunanıstan).
8-ci km stadionu. 15:00.