BAKI, 26 mart. TELEQRAF

“2026-cı ildə ilk oyunumuz olacaq".

Teleqraf xəbər verir ki, bu fikirləri “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Sent Lüsiya oyunu öncəsi təşkil olunan mətbuat konfransında komandamızın yarımmüdafiəçisi Emin Mahmudov deyib.

"Buna görə də yaxşı oyun göstərməyə çalışacağıq. Nəticə bizim üçün vacibdir. Qələbə qazanmaq istəyirik. Milli səviyyəsində asan oyun olmur. Rəqibin kimliyindən asılı olmayaraq, qalib gəlməliyik"-, yarımmüdafiəçi qeyd edib.