BAKI, 25 mart. TELEQRAF

İtaliyanın “İnter” klubunun futbolçusu Alessandro Bastoni karyerasını İspaniya təmsilçisi “Barselona”da davam etdirə bilər.

Teleqraf xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabritsio Romano məlumat yayıb.

İddialara görə, Kataloniya təmsilçisi artıq bir neçə aydır italiyalı futbolçunu nəzərdən keçirir. Mümkün transfer klublar arasında aparılacaq danışıqlardan asılı olacaq.

Daha əvvəl mətbuatda 50 milyon avro məbləğində iddialar yer alsa da, yekun məbləğ hələ dəqiqləşməyib. “Transfermarkt” portalına əsasən, futbolçunun bazar dəyəri 80 milyon avrodur.

Qeyd edək ki, Bastoni cari mövsümdə 25 yaşlı müdafiəçi bütün turnirlərdə 35 oyunda iştirak edib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “İnter”lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.