BAKI, 24 mart. TELEQRAF
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində Bolqarıstan yığması ilə qarşılaşıb.
Teleqraf xəbər verir ki, “Xristo Botev” stadionunda keçirilən görüş heç-heçə nəticələnib - 1:1.
Görüşdə Azərbaycan millisinin yeganə qolunu 39-cu dəqiqədə Əli Bəşirov penaltidən vurub.
Qeyd edək ki, B Liqasının 2-ci qrupunda yer alan Azərbaycan millisi martın 27-də Litva, 30-da isə Malta seçmələri ilə qarşılaşıb.