BAKI, 24 mart. TELEQRAF
Türkiyənin “Beşiktaş” klubu İngiltərə Premyer Liqası təmsilçisi “Bornmut”un argentinalı futbolçusu Markos Senesi ilə maraqlanır.
Teleqraf “Sabah”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi müqaviləsi mövsümün sonunda başa çatacaq 28 yaşlı müdafiəçinin meneceri ilə artıq danışıqlara başlayıb.
Senesinin illik maaş tələbinin 5 milyon avro olduğu və daha aşağı təkliflərə isti yanaşmadığı bildirilir. Həmçinin onun “Bornmut”un yeni müqavilə təklifini qəbul etmədiyi iddialar arasındadır.
Argentinalı müdafiəçi ilə “Tottenhem”, “Aston Villa”, “Yuventus” və “Borussiya Dortmund”un da maraqlandığı iddia olunur. Futbolçunun hazırkı bazar dəyəri 22 milyon avro göstərilir.
Qeyd edək ki, Mark Senesi cari mövsüm 32 oyunda 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində 314 oyuna çıxan Senesi 16 qol və 20 məhsuldar ötürmə fərqlənib. O, Argentina millisinin heyətində 2 matç keçirib.