BAKI, 24 mart. TELEQRAF

İspaniyanın “Atletiko Madrid” klubu İngiltərənin “Liverpul” klubunun niderlandlı futbolçusu Kodi Qakponu transfer edə bilər.

Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, La Liqa təmsilçisi 26 yaşlı hücumçu üçün mövsümün sonunda rəsmi təklif göndərməyi planlaşdırır.

Bununla belə, “Napoli”, “Milan” və “Tottenhem” də futbolçunu izləyən klublar arasındadır. Qakponun bazar dəyəri təxminən 65 milyon avrodur.

Qeyd edək ki, Kodi Qakpo 2023-cü ildən “Liverpul”un formasını geyinir.