BAKI, 24 mart. TELEQRAF

Futzal üzrə Azərbaycan millisi apreldə daha iki yoldaşlıq oyunu keçirəcək.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yığma aprelin 13-də və 15-də Aktau şəhərində Qazaxıstanla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də isə Tbilisidə Gürcüstan yığması ilə qarşılaşacaq.