BAKI, 22 mart. TELEQRAF
Almaniyanın klubu "Bavariya" ciddi itki ilə üzləşib.
Teleqraf "FCBInside" saytına istinadən xəbər verir ki, Münxen təmsilçisinin yarımmüdafiəçisi Aleksandar Pavloviç sıradan çıxıb.
21 yaşlı futbolçu bud nahiyəsindəki zədə səbəbindən Almaniya millisinin toplanışını və UEFA Çempionlar Liqasının oyunlarını buraxmaq təhlükəsi ilə üzləşib.
"Bavariya"nın idman direktoru Kristof Freund futbolçunun sağalması üçün tələsməyəcəklərini və onun sağlamlığının hər şeydən önəmli olduğunu bildirib. Vensan Kompaninin rəhbərliyi altında bu mövsüm 35 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Pavloviç komandanın əsas fiqurlarından birinə çevrilib.
Qeyd edək ki, "Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində "Real Madrid" ilə aprelin 7-də səfərdə, aprelin 15-də isə evdə qarşılaşacaq.