BAKI, 21 mart. TELEQRAF

Misirin “Farco” futbol klubu Afrika Futbol Konfederasiyasının (CAF) təşkil etdiyi turnirləri qeyri-müəyyən müddətə boykot etdiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, klub bu qərarı 2026-cı il Afrika Millətlər Kubokunun finalı ilə bağlı qalmaqallı qərardan sonra verib. Belə ki, CAF Seneqal yığmasına texniki məğlubiyyət (0:3) verərək turnirin qalibi kimi Mərakeş millisini elan edib.

“Farco”nun bəyanatında bildirilib ki, klub CAF Çempionlar Liqası, Superkubok və konfederasiyanın təşkil etdiyi digər yarışlarda iştirak etməyəcək.

Qeyd edək ki, Afrika Futbol Konfederasiyası bu qərarı Seneqal yığmasının oyunun gedişində meydanı 10 dəqiqədən çox tərk etməsi ilə əsaslandırıb. Seneqal Futbol Federasiyası isə qərardan Court of Arbitration for Sport-a şikayət edəcəyini açıqlayıb.

Xatırladaq ki, qarşılaşma zamanı videoköməkçi hakim sisteminin qərarları ilə bağlı mübahisələr yaşanıb, seneqallı futbolçuların qolu ləğv olunub və rəqib komandanın xeyrinə penalti təyin edilib. Etiraz olaraq baş məşqçi futbolçuları meydandan çıxarıb.