BAKI, 19 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXV turunda “Karvan-Yevlax” və “Zirə” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Baş hakim Rəşad Əhmədovun idarə etdiyi görüşdə yeganə qolu 79-cu dəqiqədə Anatoli Nuriyev vurub.
Bu nəticədən sonra “Zirə” 42 xalla turnir cədvəlinin 4-cü, “Karvan-Yevlax” isə 8 xalla 12-ci pillədə yer alır.
Qeyd edək ki, günün növbəti matçında “Sabah” “Sumqayıt”ı qəbul edəcək. “Bank Respublika Arena”da baş tutacaq görüş saat 19:15-də start götürəcək.