BAKI, 19 mart. TELEQRAF
İngiltərənin “Mançester Yunayted” klubu yay transfer pəncərəsində “Real Madrid”in ulduz futbolçusu Cud Bellinqemi heyətinə qata bilər.
Teleqraf İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” ispan klubunu razı salmaq üçün 120 milyon avro dəyərində təklif hazırlayır.
Danışıqların gedişindən asılı olaraq bu məbləğin 150 milyona qədər yüksələ biləcəyi bildirilir.
“Mançester Yunayted” böyük maliyyə təklifi ilə vəziyyəti dəyişə biləcəyinə inanır. Bellinqemin mümkün transferi baş tutacağı təqdirdə, bu, son illərin ən səs-küylü keçidlərindən biri ola bilər.
Qeyd edək ki, Cud Bellinqem 2023-cü ildə "Borissiya Dortmund"dan "Real Madrid"ə transfer olunub.