BAKI, 19 mart. TELEQRAF
Braziliyanın “Santos” klubu baş məşqçi Xuan Pablo Voyvoda ilə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bəyanat yayıb.
2025-ci ilin avqustundan komandaya rəhbərlik edən Voyvodanın müqaviləsi 2026-cı ilin dekabrına qədər nəzərdə tutulmuşdu. Klub həmçinin məşqçilər heyəti ilə müqaviləyə xitam verib.
Qeyd edək ki, “Santos” Braziliya çempionatında 7 turdan sonra topladığı 6 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.