BAKI, 18 mart. TELEQRAF

AFFA İntizam Komitəsi "Qarabağ"ın U-12 komandasının baş məşqçisi Şöhrət Yusifovu sərt cəzalandırıb.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb mütəxəssisin AFFA U-12 Liqasında "Neftçi" ilə baş tutan görüşün 21-ci dəqiqəsində hakimlər briqadasını təhqir etdiyi üçün meydandan qovulmasıdır.

Şöhrət Yusifov qurum tərəfindən 4 oyunluq diskvalifikasiya olunub.