BAKI, 18 mart. TELEQRAF

İtaliyanın “İnter” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Alessandro Bastoni üçün etdiyi ilk təklifi qəbul etməyib.

Teleqraf İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu müdafiəçi üçün 50 milyon avro + 15 milyon bonusluq dəvət yollasa da, Milan təmsilçisi bu məbləği yetərli hesab etməyib.

İtaliya klubu komandanın əsas fiqurlarından biri saydığı 26 yaşlı futbolçunun transferi üçün təxminən 80 milyon avro tələb edir.

Qeyd edək ki, Bastoni 2019-cu ildən “Milan”ın formasını geyinir.