BAKI, 15 mart. TELEQRAF
QƏBƏLƏ, 15 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIV turunda “Qəbələ” və “Neftçi” komandaları üz-üzə gəlib.
Teleqraf xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüşdə ilk qolu 19-cu dəqiqədə Seydina Keyta penaltidən vurub. 3 dəqiqə sonra isə Bassala Sambu hesabı bərabərləşdirib. Matçın 69-cu dəqiqəsində Emin Mahmudov penalti zərbəsini dəqiq yerinə yetirərək “Neftçi”ni yenidən önə keçirib. 77-ci dəqiqədə isə Murad Məmmədov komandasının qələbə qolunun müəllifi olub.
Bu nəticədən sonra Yuri Vernidubun komandası xallarını 34-ə çatdıraraq turnir cədvəlinin 6-cı pilləsinə yüksəlib. Kaxaber Tsxadadzenin kollektivi isə hazırda 16 xalla 11-ci pillədə yer alır.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşündə “Kəpəz” “Turan Tovuz”la 1:1 hesablı heç-heçə edib.