BAKI, 13 mart. TELEQRAF
Azərbaycan Premyer Liqasının XXIV turunun növbəti oyunu “Sumqayıt” və “Şamaxı” komandaları arasında keçirilib.
Teleqraf xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüşdə yeganə qolu 78-ci dəqiqədə Karim Rossi vurub.
Bununla da “Şamaxı” xallarının sayını 30-a çatdıraraq 8-ci pillədəki mövqeyini bərkidib. İki xal çox yığan “Sumqayıt” altıncıdır.
Qeyd edək ki, Sumqayıt təmsilçisi bu məğlubiyyətlə qələbəsizlik seriyasını 8-ə çatdırıb. Komanda qış fasiləsindən sonra keçirdiyi 10 oyunda cəmi 1 qələbə qazanıb, 3 dəfə isə heç-heçə edib.