BAKI, 12 mart. TELEQRAF

Tanınmış məşqçi Yurgen Klopp yenidən məşqçilik fəaliyyətinə başlamağa yaxındır.

Teleqraf xəbər verir ki, “Real Madrid”in marağından sonra Almaniya millisi də 58 yaşlı mütəxəssisi ciddi şəkildə nəzərdən keçirir.

Hazırda məşqçinin gələcəyi ilə bağlı qərar Dünya Çempionatından sonra veriləcək. Əgər Klopp Almaniya millisində çalışarsa, “Real Madrid” digər variantları nəzərdən keçirməli olacaq.

Qeyd edək ki, Yurgen Klopp 2024-cü ilin mayında doqquz mövsümdən sonra “Liverpul”dan ayrılıb. Hazırda o, “Red Bull” konserninin qlobal idman əməliyyatları üzrə rəhbəri vəzifəsini tutur.