BAKI, 12 mart. TELEQRAF
İspaniyanın “Atletiko Madrid” klubu İngiltərə təmsilçisi “Mançester Siti”nin belçikalı futbolçusu Ceremi Dokunu heyətinə qatmaq istəyir.
Teleqraf xəbər verir ki, La Liqa təmsilçisinin rəhbərliyi 23 yaşlı vingerin durumunu yaxından izləyir
Artıq mümkün transferlə bağlı ilkin sorğular göndərib.
Qeyd edək ki, Ceremi Dokunun “Mançester Siti” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. Onun transfer dəyəri isə 65 milyon avro civarında qiymətləndirilir.