BAKI, 11 mart. TELEQRAF
İngiltərənin “Liverpul” klubunun misirli futbolçusu Məhəmməd Salah Çempionlar Liqasında 81-ci oyununu keçirib.
Teleqraf xəbər verir ki, 34 yaşlı futbolçu bu göstəriciyə İstanbulda “Qalatasaray”a 0:1 hesabı ilə məğlub olduqları görüşdə çatıb.
Salah qarşılaşmanın start heyətində meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib. Ulduz futbolçu bu göstərici ilə Ceymi Karragerin (80 oyun) rekordunu keçərək klub tarixində lider olub.
Siyahının üçüncü pilləsində Stiven Cerrard (73 oyun) yer alır.