BAKI, 11 mart. TELEQRAF

İspaniyanın "Barselona" klubunun gənc futbolçusu Lamin Yamal UEFA Çempionlar Liqasında rekord göstəriciyə imza atıb.

Teleqraf "Opta"ya istinadən xəbər verir ki, 18 yaşlı vinger turnirin 1/8 final mərhələsində İngiltərədə "Nyukasl"la keçirilən oyunda (1:1) klub tarixinin ən gec penaltisini reallaşdırıb.

Malik Tşaunun Dani Olmoya qarşı kobudluğundan sonra təyin olunan 11 metrlik cərimə zərbəsini Yamal oyunun 95:50-ci dəqiqəsində qola çevirib. Bu, "Barselona"nın Avropanın ən nüfuzlu klub turnirində vurduğu ən gec penalti qolu kimi tarixə düşüb.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması martın 18-də "Kamp Nou" stadionunda baş tutacaq.