BAKI, 10 mart. TELEQRAF
İspaniyanın “Real Madrid" klubu ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinonu Alvaro Arbeloanın mümkün əvəzləyiciləri siyahısına daxil edib.
Teleqraf ESPN-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis Madrid klubunun prezidenti Florentino Peres tərəfindən yüksək qiymətləndirilir.
Poçettinonun ABŞ millisi ilə müqaviləsi 2026-cı il dünya çempionatının sonunadək qüvvədədir.
53 yaşlı məşqçi daha əvvəl də 2019-cu ildə “Tottenhem”i Çempionlar Liqasının finalına çıxardıqdan sonra “Real”ın maraq dairəsinə düşmüşdü.
Qeyd edək ki, Maurisio Poçettino 2024-cü ildən ABŞ millisini çalışdırır.